Əmlakın növü |
Həyət evi / Bağ evi |
Otaq sayı |
4 |
Yataq sayı |
5 nəfərlik |
|
|
Kənd evi istirahət mərkəzlərinin yerləşdiyi meşə ərazisində Lənkərançayın Lerik ərazisindən axan hissəsində çayın 50 m məsafəsində çox mənzərəli və sərin səfalı yerdə yerləşir. Yataq yerləri 5 nəfər üçün nəzərdə tutulsa da 10 nəfərədək geniş ailələrin yerləşməsi üçün imkanlar var. Ev sahibi çox səmimi və qonaqpərvərdir. Qonaq qəbul etdiyi zaman ev sahibi digər evində yerləşir və evi tam olaraq qonaqların ixtiyarına verir və qonaqların istək və ehtiyaclarına uyğun yemək, gəzinti və digər lazımi xidmətləri təşkil edir. Həyətdə qonaqlar üçün nəzərdə tutulmuş bütün şəraitləri olan 2-3 nəfərlik ev, istirahət üçün bisetka və təndirxana da var. Evdə yerləşən qonaqlar təbii şəraitdə hazırlanmış kənd məhsullarından da istifadə edə bilərlər.
|
|
|
|
WiFi | İnternet | Telefon | Televizor | Peyk TV | Ütü masası | Ütü | Soyuducu | Qab-qacaq | Su qızdırıcısı | Duş kabini | Balkon | Pulsuz dayanacaq | Uzun müddət üçün endirim |
|